GLOBAL CONSULTING GROUP

təlim kursları

Mühasibat uçotu və Vergi qanunvericiliyi üzrə 4 aylıq təlim kursları elan edir.

təlim kursları

Təlimin müddəti həftədə 2 dəfə 1.5 saat olmaqla 4 ay nəzərdə tutulub.Təlim ofis şəraitində keçirilir. Tədris dili tələbata uyğun olaraq azərbaycan və rus dillərindədir. Kursu bitirdikdən sonra hər bir tələbə sertifikat əldə edəcək. Fərqlənən tələbələr isə bizim konsalting şirkətimizdə təcrübə keçmək və işlə təmin olunma şansı qazanacaqlar. Təlimçi Şirkətin rəhbəri, Auditor palatasının üzvü Pirimov Azər Arif oğlu, 2006-cı ildən müxtəlif şirkətlərdə baş mühasib vəzifəsində çalışmış  və bu sahə üzrə 10 ildən çox təlim təcrübəsi olan maliyyəçidir.

Təlimin proqramı:
1-ci ay 
•  Nəzəriyyə
•  Hesablar planı  (Yeni Hesablar planı)
•  Bütün sahələr üzrə müxabirləşmələr 
•  Vergi məcəlləsi üzrə təlimatlar
•  Balansın  tərtibi

2-ci və 3-cü aylar: 
•  1 C  8.3 üzrə praktiki məşğələlər
•  1C 8.3 proqramında şərti  şirkəti yaradaraq baş mühasibin icra etdiyi       bütün əməliyyatların aparılması.
•   Malların mədaxili
•   Materialların mədaxili və istehsala verilməsi
•   Malların və hazır məhsulun satışı
•   YGB-lərin  işlənməsi ve valyuta əməliyyatlarının aparılması
•   Bank  və kassa əməliyyatları
•   Əmək haqqı və dsmf hesablanması
•   ƏDV hesablanması və əvəzləşdirilməsi
•   Ayın bağlanması
•   Mənfəət vergisinin hesablanması və.s

4-cü ay:
•  Vergi hesabatlarının hazırlanması və texniki hissə
•  Vergi bəyannamələrinin tərtibi və təqdim olunması
•  Vergi portallarından istifadə qaydaları
•  Elektron qaimələrin yazılması
•  ƏMAS sistemi vasitəsilə işçilərin rəsmiləşdirilməsi

Kursun aylıq ödənişi
Qrup şəklində (6-8 nəfər) 120 azn
Birinci dərsi sınaq dərsidir. Sınaq dərsindən sonra ödəniş etmədən imtina edə bilərsiz.

Mühasibat uçotu və Vergi qanunvericiliyi üzrə kurslar

Fərqlənən tələbələr isə bizim konsalting şirkətimizdə təcrübə keçmək və işlə təmin olunma şansı qazanacaqlar.

Təlimçi Şirkətin rəhbəri, Auditor palatasının üzvü Pirimov Azər Arif oğlu

Как мы можем вам помочь?