GLOBAL CONSULTING GROUP
təlim kursları
Mühasibat uçotu və Vergi qanunvericiliyi üzrə 4 aylıq təlim kursları elan edir.
təlim kursları
Təlimin müddəti həftədə 2 dəfə 1.5 saat olmaqla 4 ay nəzərdə tutulub.Təlim ofis şəraitində keçirilir. Tədris dili tələbata uyğun olaraq azərbaycan və rus dillərindədir. Kursu bitirdikdən sonra hər bir tələbə sertifikat əldə edəcək. Fərqlənən tələbələr isə bizim konsalting şirkətimizdə təcrübə keçmək və işlə təmin olunma şansı qazanacaqlar. Təlimçi Şirkətin rəhbəri, Auditor palatasının üzvü Pirimov Azər Arif oğlu, 2006-cı ildən müxtəlif şirkətlərdə baş mühasib vəzifəsində çalışmış və bu sahə üzrə 10 ildən çox təlim təcrübəsi olan maliyyəçidir.
Təlimin proqramı:
1-ci ay
• Nəzəriyyə
• Hesablar planı (Yeni Hesablar planı)
• Bütün sahələr üzrə müxabirləşmələr
• Vergi məcəlləsi üzrə təlimatlar
• Balansın tərtibi
2-ci və 3-cü aylar:
• 1 C 8.3 üzrə praktiki məşğələlər
• 1C 8.3 proqramında şərti şirkəti yaradaraq baş mühasibin icra etdiyi bütün əməliyyatların aparılması.
• Malların mədaxili
• Materialların mədaxili və istehsala verilməsi
• Malların və hazır məhsulun satışı
• YGB-lərin işlənməsi ve valyuta əməliyyatlarının aparılması
• Bank və kassa əməliyyatları
• Əmək haqqı və dsmf hesablanması
• ƏDV hesablanması və əvəzləşdirilməsi
• Ayın bağlanması
• Mənfəət vergisinin hesablanması və.s
4-cü ay:
• Vergi hesabatlarının hazırlanması və texniki hissə
• Vergi bəyannamələrinin tərtibi və təqdim olunması
• Vergi portallarından istifadə qaydaları
• Elektron qaimələrin yazılması
• ƏMAS sistemi vasitəsilə işçilərin rəsmiləşdirilməsi
Kursun aylıq ödənişi
Qrup şəklində (6-8 nəfər) 120 azn
Birinci dərsi sınaq dərsidir. Sınaq dərsindən sonra ödəniş etmədən imtina edə bilərsiz.

Mühasibat uçotu və Vergi qanunvericiliyi üzrə kurslar
Fərqlənən tələbələr isə bizim konsalting şirkətimizdə təcrübə keçmək və işlə təmin olunma şansı qazanacaqlar.
Təlimçi Şirkətin rəhbəri, Auditor palatasının üzvü Pirimov Azər Arif oğlu
