GLOBAL CONSULTING GROUP Mühasibat uçotu və Vergi qanunvericiliyi üzrə 3 aylıq təlim kursları elan edir.

Təlimin müddəti həftədə 2 dəfə 1.5 saat olmaqla 3 ay nəzərdə tutulub.Təlim ofis şəraitində keçirilir. Tədris dili tələbata uyğun olaraq azərbaycan və rus dillərindədir. Kursu bitirdikdən sonra hər bir tələbə sertifikat əldə edəcək. Fərqlənən tələbələr isə bizim konsalting şirkətimizdə təcrübə keçmək və işlə təmin olunma şansı qazanacaqlar. Təlimçi Şirkətin rəhbəri, Auditor palatasının üzvü Pirimov Azər Arif oğlu, 2006-cı ildən müxtəlif şirkətlərdə baş mühasib vəzifəsində çalışmış  və bu sahə üzrə 10 ildən çox təlim təcrübəsi olan maliyyəçidir.


Təlimin proqramı:


 1-ci ay Nəzəriyyə:

•  Hesablar planı  (Yeni Hesablar planı)

•  Bütün sahələr üzrə müxabirləşmələr 

•  Vergi məcəlləsi üzrə təlimatlar

•  Balansın  tərtibi


      2-ci və 3-cü aylar 1 C  8.3 üzrə praktiki məşğələlər:

•  1C 8.3 proqramında şərti  şirkəti yaradaraq baş mühasibin icra etdiyi       bütün əməliyyatların aparılması.

       malların mədaxili

       materialların mədaxili və istehsala verilməsi

       malların və hazır məhsulun satışı

       YGB-lərin  işlənməsi ve valyuta əməliyyatlarının aparılması

       bank  və kassa əməliyyatları

       əmək haqqı və dsmf hesablanması

       ƏDV hesablanması və əvəzləşdirilməsi

       ayın bağlanması

       mənfəət vergisinin hesablanması və.s


Kursun aylıq ödənişi

Fərdi şəkildə 200 azn

Qrup şəklində (4-8 nəfər) 120 azn

Birinci dərsi sınaq dərsidir. Sınaq dərsindən sonra ödəniş etmədən imtina edə bilərsiz. 


Kursda iştirak etmək istəyənlər aşağıda qeydiyyatdan keçə bilərlər:

    Kurs növü*:

    Əlavə məlumat üçün əlaqə: Azər  Pirimov 

    (+994 70) 252 36 14;

    +994 50 247 36 14 (Whatsapp)


    GLOBUS CETNER

    Ünvan: 609 Cəfər Cabbarlı küçəsi