İnsan resurslari xidmətləri

Kadrlar uçotunun aparilmasi 
İnsan resurslarının idarə edilməsi prosesi zəruri sənədlərin rəsmiləşdirilməsi ilə müşayiəti cari əmək qanunverciliyinə uyğun olaraq tələb olunmalıdır, hansı ki, bunun ərsəyə gəlməsi zaman və ixtisaslı vəsaitlər tələb edir. 
Bizim şirkətin ekspertləri Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq kadrlar sənədlərinin (İR) hazırlanması və rəsmiləşdirilməsi ilə bağlı bütün funksiyaları öz üzərinə götürür və bununla bərabər sifarişçi şirkətin kadr kargüzarlığının yüksək səviyyədə aparılmasını tam təmin edir. 
İnsan resurslarının idarəedilməsi bizim şirkət tərəfindən daimi əsaslarla müxtəlif modelli xidmətləri nəzərdə tutur. Bizim mütəxəsislərin kadr kargüzarlığının aparılması üzrə xidmətləri həm müştərinin Bakıdakı, həm də kənar rayonlardakı ofislərinə getməklə həyata keçirilə bilər. 

Şirkətimizin mütəxəssisləri aşağıdakı kadr proseslərini təmin edir:
• Əməkdaşların işə qəbulu
• Elektron əmək müqavilələrinin tərtibi
• Əmək şərtlərinin dəyişdirilməsi
• Ayrı-ayrı əməkdaşlarını işdən azad edilmisə və ya ştatın İxtisarı
• İstirahət və bayram günləri işçi əməkdaşlarının işə cəlb olunması
• İşçilərin məzuniyyəti
• Əməkdaşların müxtəlif əsaslarla olmaması
• Əməkdaşların ezamiyyətə göndərilməsi
• İntizam sanksiyaların tətbiqi
• Mülki-hüquqi xarakterli müqavilələr üzrə işçilərin cəlb edilməsi və s.