Bizim mütəxəssislər biznes xidmətlərinin
əsas aspektləri üzrə çoxillik təcrübəyə malikdir.

Biznesinizə etibarli dəstək.

ŞİRKƏT HAQQINDA

Global Consulting Group”
(Global Audit MMC & Global Accounting Consulting MMC)

olaraq Sizi Salamlayırıq…

Bizim mütəxəssislər biznes xidmətlərinin əsas aspektləri üzrə çoxillik təcrübəyə malikdir.
Bu, bizə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi prosesində yaranan məsələlərin həlli üçün kompleks yanaşma tətbiq etməyə imkan verir.

Bizim təcrübəmiz: 
• mühasibat və vergi uçotunun təşkili, reqlament sənədlərinin hazırlanması, biznes strukturlarının rəhbərliyinin müntəzəm və etibarlı məlumat almasını sadələşdirən, maliyyə xidmətlərinin işinin sistemləşdirilməsinə səbəb olan biznes-proseslərin optimallaşdırılması;
• müəssisələrin, o cümlədən tikinti, ticarət, qida məhsulları istehsalı sahələrində fəaliyyət göstərən iri sahibkarlıq subyektləri fəaliyyətinin hüquqi müşayiəti.

Professional təcrübəmiz imkan verir ki, biz öz müştərilərimizə yalnız və yalnız yüksək keyfiyyətli mühasibat və hüquqi xidmətlər göstərək.
Bizim prioritetimiz – sahibkarlara münasib, peşəkar yardımın təmin edilməsi və hər bir müştəriyə fərdi yanaşmadır.
Biz biznes prosesinə sona qədər tam dəstək, eyni zamanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi prosesində yaranan problemlərin həllinə tam dəstəyimizi təklif edirik!

Fəaliyyətimiz əsas istiqamətləri:
• İxtisaslaşdırılmış(peşəkar) mühasibat xidmətləri;
• Vergi konsaltinq;
• Audit xidmətləri;
• Kadrlar uçotu;
• Hüquqi xidmətlər;
• Müəssisələrdə uçotun avtomatlaşdırılması və idarə olunması.

DİREKTOR

Pirimov Azər Arif oğlu 29.01.1984-cü ildə Qusar rayonunda anadan olmuşdur. 2002-ci ildə Qusar şəhər 2 nömrəli rus məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub,  2006-cı ildə Universiteti mühasib ixtisası üzrə bitirmişdir. 

Əmək fəaliyyəti:

1. “CBS-P.P.” MMC – Mühasib- 01.09.2006-01.05.2009

2. “Rotary Motors” MMC Baş mühasib – 05.05.2009-13.04.2010

3. “Subaru Azərbaycan” MMC Baş mühasib – 13.04.2010-05.03.2011

4. “CACS” MMC Baş mühasib – 09.03.2011-07.01.2014

5. ”Berke” MMC Baş mühasib – 08.01.2014-30.01.2015

6. ”Ramco” MMC  Baş mühasib – 15.03.2015-30.11.2015

7. ”HGSM” MMC və “İmdad Audit” MMC  Şirkətləri vasitəsilə  ADY-nin Bakı Böyük Kəsik Layihəsində  mühasibatlıq və vergi xidməti  üzrə əməkdaşlıq  – 30.11.2015- 17.01.2019

2016-cı ildən “Global Consulting Group” Şirkətlər Qrupunun (“Global Accounting Consulting” MMC, “Global Audit” MMC)  rəhbəridir.    2018-ci ilin dekabr ayından isə Auditorlar Palatasının üzvüdür. Evlidir.  3 övladı var.