Mühasibat xidmətləri

 

• Mühasibat müşayiəti
• Mühasibat uçotunun bərpası
1.Mühasibat müşayiəti
Müəssisənin mühasibat uçotunun tam aparılması (abonent mühasibat müşayiəti) özündə aşağıdakı xidmətləri ehtiva edir:
• Şirkətin uçot siyasətinin formalaşdırılması
• Mühasibat uçotunun ilkin sənədlərinin bərpası və sistemləşdirilməsi
• Təşkilatın əmlakının(aktivlərinin), öhdəliyinin və onların hərəkəti barədə məlumatların ilkin sənədlərdə öz əksini tapması
• Əmək haqqının hesablanması, mühasibat uçotu registrlərinin tam tərtibi
• Vergi bazasının, vergi qanunvericiliyində nəzərdə tutulmuş vergilərə uyğun hesablanması
• Vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi
• Nəzarət orqanları ilə qarşılıqlı əlaqə – büdcə ilə hesablaşmaların yoxlanılması, sorğu üzrə sənədlərin surətinin verilməsi, kameral və kompleks yoxlamaların keçirilməsi zamanı müşayiət
Mühasibat xidməti zamanı vergi planlaşdırılması üzrə konsultasiya da mümkündür. Mühasibat uçotu məlumatlarının müəssisəsinin ümumi idarəetmə uçotuna inteqrasiya mexanizmlərinin işlənməsi, həmçinin tərəflərin razılığı ilə digər məsləhət xidmətləri.

2.Mühasibat uçotunun bərpası
Müəssisələrin mühasibat uçotunda müxtəlif səbəblərdən problemlər yığıla bilər. Bu düzgün hesablanmamış vergilər, uçot səhvləri və vaxtında verilməyən vergi bəyannamələri və hesabatlarıdır. Bu problemlər sonda müəssisənin fəaliyyətinin dayandırılmasına səbəb ola bilər. 
Biz öz müştərilərimizə mühasibat və vergi uçotunun bərpası üzrə xidmətlər təklif edirik. 
Mühasibat uçotunun bərpasına daxildir:
• İlkin sənədlərin seçilməsi və onların(ilkin sənədlərin) verilmiş hesabatlarla əlaqələndirilməsi, çatışmayan(əskik) sənədlərin müəssisənin mühasibatlıq xidməti ilə birgə hazırlanması
• Respublikamızda nağd pul vəsaitləri ilə hesablaşmaları qaydalarına uyğun kassa və avans hesabatlarının formalaşdırılması(tərtibi)
• Maliyə nəticələrinin formalaşdırılması ilə mühasibat registrlərinin yaradılması
• Maliyə hesabatlarının hazırlanması
• Bərpa edilmiş registrlər əsasında vergi bəyannamələrinin formalaşdırılması.
Uçotun bərpası prosedurunun müddəti və xidmət haqqısı hər bir müəssisə üçün fərdi, bərpa prosesinin həcmindən, fəaliyyət növündən, sənədlərin həcmindən, xarici-iqtisadi fəaliyyətin mövcudluğundan və sonda müəssisədə bütün zəruri sənədlərin mövcud olub-olmamasına görə müəyyən olunur.