Audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Şirkət rəhbərliyinin mühasibat, maliyyə və vergi uçotunun bütün aspektləri barədə son dərəcə dəqiq məlumatı olmadığı təqdirdə maliyyə-təsərrüfat fəaliyyəti effektiv ola bilməz. Məhz buna görə də audit təşkilatlarının xidmətləri istənilən biznesin əsas tərkib hissəsini təşkil edir. Böyük və uğurlu təcrübəyə malik şirkətimiz müqavilə əsasında müştərilər üçün cəlbedici qiymətlərlə audit və mühasibat xidmətləri təqdim edir. Bizim mühasiblərimiz, maliyyəçilərimiz və hüquqşünaslarımız şirkətinizin təsərrüfat fəaliyyətinin yüksək keyfiyyətli və tamamilə şəffaf qiymətləndirilməsini müstəqil surətdə həyata keçirəcəklər. Bizim köməyimizlə istifadəçilərin və maraqlı şəxslərin şirkətinizin maliyyə və vergi hesabatlarına etibar dərəcəsi dəfələrlə artacaq.
Təklif olunan xidmətlər • Maliyyə hesabatlarının auditi; • Müəssisənin məcburi auditi; • Konsolidə edilmiş maliyyə hesabatlarının məcburi auditi; • Maliyyə hesabatlarının məcburi auditi; • Fondların və qeyri-kommersiya təşkilatların məcburi auditi; • Maliyyə təşkilatlarının auditi; • Sığorta şirkətlərinin məcburi auditi; • MHBS-a uyğun olaraq maliyyə hesabatlarının dəyişdirilməsi və konsolidasiyası • Könüllü audit; • Firmanın auditi; • İnventarlaşdırma; • Daxili Maliyyə Auditi; • Xərclərin auditi; • Vergi auditi.