Vergi xidmətləri

Qanunvericilikdə baş verən dəyişikliklərin çoxluğu, və ilk növbədə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tətbiqi, vergi hüququnu hüququn ən mürəkkəb sahələrindən biri kimi müəyyən etdi. İlk növbədə, bu Vergi Məcəlləsinə dəyişikliklərin dinamik inkişafı ilə, eyni zamanda böyük massivdə qanunvericilik aktları və sənədlərinin qəbul edilməsi, tətbiqi, icrası məcburi olan «köhnə tarixlə» yenisinin verilməsi ilə bağlı idi. 
Vergi konsaltinqi ümumi vergi yükünün münasib ölçülərə qədər azaldılması zamanı, vergi ödənişlərini elə müntəzəm(bərabər) və mülayim formada tənzimləyir ki, sifarişçinin nüfuzu və etibarını tam təmin edilmiş olsun. Biz ayrı-ayrı vergilərin tam təmin olunmasında şübhəli sxemlər təklif etmirik. Biznesin uzunmüddətli inkişafı baxımından daha səmərəlisi fəaliyyət növündən asılı olaraq vergitutmanın ümumi modelini qurmaqdır və müqavilə bazasını, müəssisə daxili sənədlərin, uçot siyasətinin elementlərini və daxili nəzarət sistemini bu modelə uyğunlaşdırmaqdır. 
Siz optimallaşdırılma və vergi planlaşdırılması haqqında daha ətraflı bu səhifədə oxuya bilərsiniz.
 
Vergi konsaltinq xidməti özündə ehtiva edir: 
• vergi uçotunda sistem səhvlərinin aradan qaldırılması və vergi auditinin nəticələrinə dair ilkin sənədlərdə tələb olunan keyfiyyətin təmin edilməsi. Bu vergi yoxlamaları zamanı cərimə şəklində surprizlərin qarşısını alır
• vergilərin ödənilməsinin yeni modelinin hazırlanması, müqavilə bazasının və uçot siyasəti yenidən işlənməsi. Müəssisədə tətbiq edilən vergi optimallaşdırılmasının mütləq öyrənilməsi nəzərdə tutulur
• vergi planlaşdırılması üsullarının tətbiqi ilə vergilərin ödənilməsinin və vergi dərəcələrinin bərabər tənzimlənməsinin işlənmə mexanizmləri metodunu yaratmaq
Vergi konsaltinqində bilavasitə həyata keçirilir: 
• müəssisədə istifadə olunan vergitutma sxemlərinin analizi
• vergi uçotunda sistem səhvlərinin aradan qaldırılması və ilkin sənədlərdə tələb olunan keyfiyyətin təmin edilməsi
• vergi planlaşdırılması
• mühasibat və vergi uçotunun tətbiqi üçün uçot siyasətinin hazırlanması
• vergi ödənişlərinin yeni modelinin hazırlanması və müqavilə bazasının təkmilləşdirilməsi
• vergi ödənişləri və vergi yığımlarının hesablanması ardıcıllığı haqqında konsultasiyalar
• əmək haqlarının hesablanması və vergilərinin ödənilməsi üzrə konsultasiyalar
• vergi qanunvericiliyi və vergi risklərinə dair konsultasiyalar
• maliyyə hesabatlarının, mühasibat balansının, mühasibat uçotu registlərinin hazırlanması üzrə konsultasiya və nəzarət orqanları üçün vergi bəyannamələrinin, mühasibat hesabatlarının tərtibi üçün əlavə sənədləşmənin aparılması
• mühasibat və vergi uçotunun tərtibi
• mühasibat və vergi uçotunun bərpası
• vergitutmada qanunvericiliklə həll edilməmiş və mübahisəli məsələlər üzrə nəticə(rəy)
• vergi yoxlamalarının müşayiət edilməsi.

Vergi konsultasiyası – bir neçə mərhələdən ibarət, qeyri-standart xidmət növüdür. Bizim müstəqil məsləhətçilərin və sifarişçinin maliyyə xidmətinin birgə səylərinin nəticəsi – vergi yükünün bütövlükdə, faktiki azaldılması zamanı nəzarətedici orqanların gözündə vergi ödəyicisinin təmiz imicidir.